NƏQLİYYAT

Paytaxtda bəzi avtobusların istiqaməti – DƏYİŞDİ
31 OKTYABR
424

Paytaxtda bəzi avtobusların istiqaməti – DƏYİŞDİ

2016-10-31 11:25:00

Bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu, Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu haqda Fins.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətininrəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhüləsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib:

“Belə ki, adı çəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yolu ilə əlaqələnəcək. 

Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 km-dir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək”.

N.Allahyarova həmçinin qeyd edib ki, “Bakubus" MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272