NƏQLİYYAT

Azərbaycana avtobus idxalı 13 dəfə azalıb
27 OKTYABR
268

Azərbaycana avtobus idxalı 13 dəfə azalıb

2016-10-27 15:24:00

2016-cı ilin yanvar-avqust aylarında Azərbaycana ümumi məbləği $3 mln. 651,9 min olan avtobus idxal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45 dəfə azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara əsasən, hesabat dövrü ərzində respublikaya ümumilikdə 54 ədəd avtobus (azalma 12,7 dəfə) gətirilib.

Bundan başqa, ötən ilin yanvar-avqust aylarında Azərbaycana $6 mln. 778,4 min dəyərində (azalma 3,1 dəfə) 342 ədəd yük avtomobili (azalma 4,2 dəfə) idxal edilib.

2016-cı ilin yanvar-avqust aylarında ölkəyə 2,981 min ədəd minik avtomobili gətirilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 84,6% azdır.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275