NƏQLİYYAT

Alman şirkəti yüklərini Azərbaycandan daşımaq istəyir - TƏKLİF
24 OKTYABR
279

Alman şirkəti yüklərini Azərbaycandan daşımaq istəyir - TƏKLİF

2016-10-24 16:31:00

Alman şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək, Asiya ilə Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən  bildirilib ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasında səfəri zamanı Çinin Şanxay şəhərində Azərbaycan dəmiryolçuları ilə Almaniyanın məşhur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir qolu sayılan “DP DHL global forwarding” kompaniyasının nümayəndələri arasında keçirilən görüş zamanı deyilib.

Qeyd edilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yükləri çatdırılma vaxtı qısalacaq. 

Qeyd edək ki, Almaniyanın DHL şirkətinin ümumilikdə dünya üzrə 220 ölkədə nümayəndəliyi, ofisi və 500 mindən artıq əməkdaşı var, dünyada ilk 10 işəgötürənlərin siyahısında yerləşib, 1 saat ərzində 1 milyon müştəriyə xidmət göstərir, Çində 500 min kvadratmetr anbar sahəsinə malikdir.

Bu vaxta kimi, DHL Azərbaycandan keçməklə 5 sınaq qatarı yola salıb. 2015–ci il noyabrın 29-da Çinin Lianyungang limanından ilk test qatarı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsi ilə Türkiyənin Manisa şəhərinə yola salınıb. Bu il iyul ayının 9 və 31-də, həmçinin avqustun 20-də və sentyabrın 6-da isə Çindən ardıcıl olaraq 4 blok qatarının nəqli həyata keçirilib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272