NƏQLİYYAT

Bu xidmət vergidən azad edildi - SƏRƏNCAM
21 OKTYABR 2016
3457

Bu xidmət vergidən azad edildi - SƏRƏNCAM

2016-10-21 19:58:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində “daşınması” sözündən sonra “, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə edilir. Bu maddədə qeyd edilən xidmətlərdən vergi sıfır (0) dərəcə ilə tutulur.

İndiyədək tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti adi qaydada ƏDV-yə cəlb edilirdi.

Yeni mətndə göstərilir ki, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286