NƏQLİYYAT

Daha 2 avtobusun marşrutu dəyişdi-YENİLİK
21 OKTYABR
649

Daha 2 avtobusun marşrutu dəyişdi-YENİLİK

2016-10-21 18:01:00

Bundan sonra 29 saylı marşrut üzrə hərəkər edən avtobuslar mertonun "Memar Əcəmi" stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) fins.a-a verilən xəbərə görə, 53 saylı avtobuslar isə Dövlət Bayrağı Meydanından "Elmlər Akademiyası" metrostansiyasınadək hərəkət edəcəklər.

BNA bu marşrutların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş gəlişini qadağan edib.

"Bakı Nəqliyyat Agentliyinin strateji fəaliyyət planına əsasən marşrut xətlərinin optimallaşdırılması işi davam etdirilir. Optimallaşdırma tədbirləri çərçivəsində marşrut xətlərinin bir-birini təkrarlaması kimi hallar müəyyən edilərək aradan qaldırılır. Bu da həm paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, küçə və prospektlərdə, xüsusən də günün pik saatlarında müşahidə edilən tıxacların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir".

Optimallaşdırma prosesində marşrut xətlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi BNA-nın xüsusi ekspert qrupunun təhlillərinə əsasən müəyyən edilir. Təhlillər zamanı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sərnişindaşımada istifadə edilən avtobusların daxili və xarici tərtibatları müasir standartlara uyğun gələn, texniki baxımdan vəziyyəti saz olan, xüsusən də vahid nağdsız ödəniş sisteminə keçən marşrut xətt daşıyıcılarına əsas üstünlük verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271