NƏQLİYYAT

İlin sonunadək "ASAN qatar" sistemi tətbiq olunacaq
21 OKTYABR
470

İlin sonunadək "ASAN qatar" sistemi tətbiq olunacaq

2016-10-21 13:33:00

Azərbaycanda yaxın vaxtda "ASAN qatar" sisteminin tətbiqinə başlanacaq. Fins.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Caspian Energy" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni sistemin ilin sonunadək tətbiqi nəzərdə tutulub: "Bu məqsədlə hazırda Bakı vaqon deposunda 3 xüsusi qatar hazırlanır ki, proses ilin sonunadək başa çatacaq. Qatarlar ardıcıl olaraq şimal, cənub, şimal-qərb, qərb və cənub-qərb istiqamətində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin mərhələdə qatarlar 3 vaqondan ibarət olacaq. Vaqonlar bütün zəruri avadanlıqlarla təmin olacaq. Bununla yanaşı, "ASAN xidmət"in əməkdaşlarının fəaliyyəti üçün bütün lazımi şərait yaradılacaq".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270