NƏQLİYYAT

Tovuzda yeni yol salındı – FOTOLAR
20 OKTYABR
217

Tovuzda yeni yol salındı – FOTOLAR

2016-10-20 12:30:00

Tovuz rayonunun Qovlar şəhəri, Alakol və Əyyublu kəndləri arasında olan avtomobil yolu yenidən qurulub.

“Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri 15 km-lik hissədə aparılıb.

Uzun müddət sözügedən yolun əsaslı şəkildə təmir edilməməsi nəticəsində asfalt-beton örtük sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə mane olurdu. Artıq bu problem tam olaraq aradan qaldırılıb.

Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə  III  texniki dərəcəyə uyğun yenidən qurulub. Hərəkət zolaqları 820 m-lik hissədə 4, qalan hissədə isə 2-dir. Yolun hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni 0.5 m bərkidici zolaqlarla birgə 2.5 m olmaqla torpaq yatağının eni 12 metr təşkil edir.

Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağı kipləşdirilib, daha sonra 37.9 min m3 həcmində və 25 sm qalınlığında çınqıldan əsasın alt layının, 20.4 min m3 həcmində və 15 smqalınlığında optimal qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi aparılıb.

Yolun hərəkət hissəsi asfalt-beton örtüyünün döşənməsi üçün hazır olduqdan sonra 133.1 min m2 sahədə asfaltlanma işləri aparılıb. İşlər çərçivəsində yola 12 sm qalınlığında 2 laydan ibarət 34,4  min ton asfalt-beton örtük döşənib. Bundan başqa yol üzərində müxtəlif diametrli 10 ədədsuötürücü borular tikilib ki, onların da  uzunluğu 130 metr təşkil edir.

Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Körpü 3 aşırımlı olmaqla hər bir tərəfində 1 m enində piyada səkisi də mövcuddur.

Tikinti işləri bitdikdən sonra yol boyu zəruri olan yerlərdə 78 ədəd yol nişanı quraşdırılıb, 7.5 min m2  yol cizgi  və  yol göstərici xətləri çəkilib.

Qeyd edək ki, Qovlar-Alakol-Əyyublu avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yenidən qurulub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275