NƏQLİYYAT

Qazaxdakı yeni yol kənd təsərrüfatının inkişafına səbəb olacaq
14 OKTYABR
207

Qazaxdakı yeni yol kənd təsərrüfatının inkişafına səbəb olacaq

2016-10-14 11:41:00

Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun  uzunluğu 8 km-dir. Bu yol uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində xüsusən payız-qış mövsümündə problemlər yaradırdı.

Artıq bu ildən etibarən bu kimi problemlər insanları narahat etməyəcək. Çünki Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.

Yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə 2 metr enində çiyinlər də dazil olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsi çərçivəsində 42 sm qalınlığında və 41.7 min m3 həcmdə yol əsasının tikintisi işləri aparılıb. Daha sonra 2 qat olmaqla ( 7+5 sm ) yolun 48 min m2 sahəsinə yeni asfalt-beton örtük döşənib. Bundan başqa yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilib ki, onların da  ümumi uzunluğu 460 metr təşkil edir.

Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 42 ədəd yol nişanları quraşdırılıb, 4.1 min m2 yolcizgi və yolgöstərici xətlər çəkilib, həmçinin1 yerdə avtobus dayanacağı tikilib.

Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275