NƏQLİYYAT

Azərbaycan şirkəti Bosniyada yol çəkəcək
12 OKTYABR
357

Azərbaycan şirkəti Bosniyada yol çəkəcək

2016-10-12 17:35:00

Azərbaycanın “AzVirt” və Çinin “China Power” şirkətlərinin birgə yaratdığı konsorsium Bosniya və Herseqovinanın infrastruktur layihələrinin icrası məqsədi ilə keçirdiyi beynəlxalq tenderdə iştirak etmək niyyətindədir. Bunu açıqlamasında Azərbaycanın Bosniya və Herseqovinadakı müvəqqəti işlər vəkili İsmayıl Cəfərov deyib.

İ.Cəfərovun sözlərinə görə, adıçəkilən şirkətlər digər Balkan ölkələrində də birgə layihələr həyata keçirir: “AzVirt” şirkəti “China Power”lə Balkanlarda olan layihələrdə birgə iştirak etmək barədə müqavilə imzalayıb və hazırda onlar Serbiyada Belqrad dairəvi yolunun çəkilişini həyata keçirir. İndi Bosniyada “Corridor 5C” deyilən magistral yolunun tikilişi müzakirə edilir və onun ayrı-ayrı hissələri tenderə çıxarılacaq. Azərbaycan şirkəti də Çin şirkəti ilə birgə ora dəvət olunub. Bu layihələrin maliyyələşdirilməsi Çin bankları və bəzi Avropa maliyyə institutları tərəfindən həyata keçiriləcək. Razılığa əsasən, əgər “China Power” tenderə qatılarsa, o zaman “AzVirt" subpotratçı kimi işin bir hissəsini görəcək və yaxud əksinə”.

Diplomat deyib ki, konsorsiumda birləşən şirkətlər “Corridor 5C” üzərində olan 4 əsas layihədə iştirakda maraqlıdır: “Corridor 5C” Monteneqro tərəfdən Xorvatiya tərəfə uzanacaq magistral yoldur. Ona yüksək sürətli Lasva-Travnik magistralı, "Prenj" tuneli, Mostar-Şimal və Mostar-Cənub adlanan iki motosiklet yolunun inşası layihəsi daxildir”.

Bosniya və Herseqovina Nəqliyyat Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, konsorsiumun iştirak etmək istədiyi layihənin dəyəri 1 mlrd. avro (1,1 mlrd. ABŞ dolları) civarındadır.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272