NƏQLİYYAT

Daha bir birgə müəssisə yaradıldı
10 OKTYABR
334

Daha bir birgə müəssisə yaradıldı

2016-10-10 09:14:00

Rusiyanın "Rusaqrotrans" "Azərbaycan Dəmir Yolları" QSC ilə "Azrustrans" adlı birgə müəssisə yaradıb.

Bu gün birgə müəssisənin təqdimatı keçiriləcək.

Şirkət sentyabr ayının əvvəlindəVergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Müəssisənin 51%-i "Azərbaycan Dəmir Yolları" QSC-yə, 49%-i isə "Rusaqrotrans"a məxsusdur. Şirkətin baş direktoru Cavid Quliyevdir 

Şirkət taxıl daşımaları ilə məşğul olacaq. İlkin mərhələdə müəssisə taxıl daşıyan vaqonları səhmdarlarından icarəyə götürəcək, sonrakı mərhələdə isə öz parkını yaradacaq. Hesablamalara görə, şirkət 2500-3000 vaqon almaq niyyətindədir.

Şirkət Türkiyə və İrana taxıl tranzitini həyata keçirəcək. Bunu nəzərə alaraq səhmdarlar Azərbaycan-İran sərhədində 30 min ton taxıl saxlamaq iqtidarında olan terminal tikmək niyyətindədir. Sonrakı mərhələdə terminalın imkanları genişləndirilə bilər.

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275