NƏQLİYYAT

Azərbaycanda yükdaşıma bahalaşıb
07 OKTYABR
145

Azərbaycanda yükdaşıma bahalaşıb

2016-10-07 16:53:00

Bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272