NƏQLİYYAT

Azərbaycandakı "tramvay layihəsinin" müəllifi böhranla üzləşib
04 OKTYABR
375

Azərbaycandakı "tramvay layihəsinin" müəllifi böhranla üzləşib

2016-10-04 15:53:00

 Fransa hökuməti "Alstom" şirkətinin Belfordakı zavodunun bağlanmasının qarşısını almaq üçün istehsalçıya 500 mln. avroluq sifariş verib.

Bu barədə sənaye naziri Kristof Siruq deyib.

Hökumət 20%-lik səhm paketi ona məxsus olan şirkətdən 15 ədəd yüksəksürətli qatar sifariş edib. "Bununla da biz 137 illik tarixə malik olan zavodun bağlanmasının qarşısını aldıq", - deyə nazir bildirib.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC "Alstom" şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb.

Bununla yanaşı, "Alstom" şirkətinin Azərbaycandakı filialının direktoru Elşən Zeynalov bir müddət öncə deyib ki, şirkət Bakı, Gəncə və Tbilisi şəhərləri üçün tramvay layihələrini həyata keçirməyi təklif edir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271