NƏQLİYYAT

"Bakı Yükavtonəqliyyat"-a yeni rəhbər seçiləcək
04 OKTYABR
262

"Bakı Yükavtonəqliyyat"-a yeni rəhbər seçiləcək

2016-10-04 09:32:00

Noyabrın 6-da, saat 11:00-da "Bakı Yükavtonəqliyyat" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Иu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında baş tutacaq. 

Toplantının gündəliyinə Cəmiyyətin 2015-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və illik balans hesabatının təsdiqi, tək başçı icra orqanının (baş direktorun) seçilməsi, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və s. məsələlərin müzakirəsi daxildir.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272