NƏQLİYYAT

Zığ-Hövsan yolu bağlandı – AÇIQLAMA
03 OKTYABR
474

Zığ-Hövsan yolu bağlandı – AÇIQLAMA

2016-10-03 09:27:00

Bu gündən səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən fins.az-a verilən xəbərə görə, buna səbəb yolun yenidən qurulması işləri çərçivəsində yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start verilməsidir.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan ( beton yol ) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər. “Azəravtoyol” ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274