NƏQLİYYAT

“Gəncə Nəqliyyat” və “Sumqayıt Nəqliyyat” MMC-lər yaradılıb
03 OKTYABR
376

“Gəncə Nəqliyyat” və “Sumqayıt Nəqliyyat” MMC-lər yaradılıb

2016-10-03 09:20:00

Nazirlər Kabineti Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat”  Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması barədə qərar verib.

Hər iki qurumun ştat sayı 20 vahid müəyyən edilib.

Maliyyə Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272