NƏQLİYYAT

Taksilərdən lisenziya tələbinə – NAZİRLİKDƏN CAVAB
30 SENTYABR
256

Taksilərdən lisenziya tələbinə – NAZİRLİKDƏN CAVAB

2016-09-30 14:32:00

İqtisadiyyat Nazirliyi taksi fəaliyyəti ilə bağlı lisenziya tələb olunması məsələsinə aydınlıq gətirib. Nazirlikdən fins.az-a verilən xəbərə görə, bu fəaliyyət növü üçün lisenziya tələb olunmur:

"Son günlər bəzi kütləvi informasiya vasitələrində taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yanlış məlumatlar yayılır. İqtisadiyyat Nazirliyi bir daha xatırladır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub".

Xatırladaq ki, ta ksi fəaliyyəti üçün sürücülər ancaq fərqlənmə nişanı almalıdırlar. Nazirlər Kabinetinin qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən “Fərqlənmə nişanı” almalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272