NƏQLİYYAT

Bakı sakinləri taksi şirkətlərini hansı cəhəti ilə seçirlər? – SORĞU
30 SENTYABR
255

Bakı sakinləri taksi şirkətlərini hansı cəhəti ilə seçirlər? – SORĞU

2016-09-30 10:41:00

“ACT Azərbaycan” şirkəti Bakı sakinlərinin taksidən istifadə edərkən nələrə üstünlük verdiklərini araşdırıb. Şirkətdən fins.az-a verilən xəbərə görə, sorğuda 200 nəfər şəhər sakini iştirak edib. Respondentlərin 30%-i taksi xidmətindən əsasən ayda bir dəfə, 30%-i isə 2-3 dəfə istifadə etdiklərini bildiriblər. 17% respondent taksi xidmətindən həftədə iki- üç dəfə istifadə edir. Həftənin yalnız bir günü sifariş verənlər sorğuda 11% təşkil edib. 5% respondent isə hər gün taksidən istifadə etdiyini bildirib. Ən az nəticə göstərən kateqoriya isə taksi xidmətindən gün ərzində bir neçə dəfə istifadə edənlər olub - cəmi 3 %.

Sorğu iştirakçılarının taksi seçimində önəmsədikləri əsas kriteriya qiymətlərin uyğun olmasıdır. Respondentlərin 48 %-i bu faktoru daha vacib sayır. Şifariş verdiyi taksinin məkana ən qısa zamanda gəlməsinə diqqət ayıranlar sorğuda 14%-lə ikinci yerdə qərarlaşıblar.

Taksi şirkəti tərəfindən endirim və digər güzəştlər umanlar sorğuda 10 % təşkil edir. Sürücünün məkanı asan tapmasının vacibliyini vurğulayanlar sıralamada dördüncü yerdədilər - 6%.Taksi sürücüsünün professionallığına üstünlük verənlər - 5%, sifarişçiylə mülayim davranmasını istəyənlər də 5% təşkil edib. Respondentlərin 4%-i isə taksi şirkətinin operatorunun sifarişi tez qəbul etməsini şirkət seçərkən əsas amil kimi dəyərləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272