NƏQLİYYAT

Bütün rayonlarda Beynəlxalq Avtovağzallar tikiləcək
29 SENTYABR
220

Bütün rayonlarda Beynəlxalq Avtovağzallar tikiləcək

2016-09-29 17:25:00

Azərbaycan höküməti sərhədlərdə beynəlxalq avtovağzalların inşasına 10 mln. manat ayıracaq. Fins.az-ın verdiyi xəbərə əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Elnur Abdullayev bununla bağlı Milli Məclisə artıq layihə təqdim edib. 

“Avtovağzalların inşası üçün vəsaitlərin ayrılmasını gələn il gözləyirik və 2018-ci ilin əvvəlində tikinti işlərini başa çatdırmağı planlaşdırırıq. Hər avtovağzalın tikintisinə 2 mln. manat sərf olunacaq. Belə bir məbləği isə daha müasir, yüngül tikinti konstruksilayarının və materialların hesabına əldə etmək mümkün oldu”.

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti həm yerli, həm xarici investorlarla əlavə sərmayə yetırılması üçün danışıqlar aparır. “Xarici investorlar arasında ən çox əməkdaşlıq təklifləri Türkiyə nümayəndələrindəndir, çünki bütün tranzit marşrutlar bu ölkənin ərazisindən keçir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272