NƏQLİYYAT

Bakı-Qars qatarında duş kabinə də olacaq
23 SENTYABR
886

Bakı-Qars qatarında duş kabinə də olacaq

2016-09-23 12:54:00
İsveçrənin “Stadler Rail Group” şirkəti Berlində keçirilən “InnoTrans 2016” sərgisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib.
“Stadler Rail Group” şirkətinin nümayəndəsi Paul Qessin sözlərinə görə, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək.
“Stadler” ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün 30 vaqon hazırlanacaq.
“Onlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klas, 3-ü ikiyerlik kupedən ibarət birinci klas vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var”, - deyə P.Qess vurğulayıb.
P.Qess qeyd edib ki, vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakuum sistemli tualetlər (birinci klasda hər kupedə), duş (birinci klasda hər kupedə), kondisioner sistemi quraşdırılıb.
Mənbə: Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274