NƏQLİYYAT

Kür çayı üzərində unikal körpü - VİDEO
23 SENTYABR
298

Kür çayı üzərində unikal körpü - VİDEO

2016-09-23 09:39:00

Salyan rayonunda, Kür çayı üzərində inşa edilən körpünün görüntüləri yayılıb. 

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, 5 aşırımdan ibarət körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. 

Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. O, 9 ballıq seysmik, A 15 və NK-100 müvəqqəti yük təsirinə hesablanıb.

Körpünü unikal edən cəhətlər isə onun inşasında ilk dəfə olaraq konsollardan istifadə edilməsi və layihəsinin öz konstruktiv həllinə görə xüsusi konstruksiyalar qrupuna daxil olmasıdır.



Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275