NƏQLİYYAT

Sərnişinlər avtobuslar arasındakı intervalı necə biləcəklər? - YENİLİK
22 SENTYABR
289

Sərnişinlər avtobuslar arasındakı intervalı necə biləcəklər? - YENİLİK

2016-09-22 15:38:00

Bakıdakı avtobus dayanacaqlarının hər birində xüsusi məlumat lövhələri quraşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən fins.az-a bildiriblər ki, lövhələrdə dayanacağın yerləşdiyi küçə və prospektdən keçən marşrut xətləri, avtobuslararası interval, həmçinin hər bir marşrut xətti üzrə mövcud dayanacaqlar barədə məlumat əldə etmək mümkün olacaq. “İlkin mərhələdə bu tip məlumat lövhələrinin paytaxtın əsas küçə və prospektlərində quraşdırılmasına başlanılıb. Qısa vaxtda isə Bakı şəhərinin inzibati ərazisində mövcud olan əksər dayanacaqlarda yeni məlumat lövhələrinin quraşdırılması təmin ediləcək”. Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində, xüsusən də nəqliyyat vasitələrinin və sərnişin axınının sıx olduğu yerlərdə hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etməyə imkan verən avtobus dayanacaq ciblərinin salınması prosesi ilə bağlı da ciddi iş aparılır. BNA-nın xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, daha iki ərazidə - Qara Qarayev prospekti (8-ci km bazarından metronun “Neftçilər” stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində (“Dakar” meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus “cib”i salınıb. Sərnişin avtobuslarının dayanacaq “cib”lərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Avtobusların “cib”lərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə Agentliyin mobil qrupları cəlb edilib. Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Avtobuslarla yanaşı, “cib” lərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək. Həmin “cib”lərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmasının qarşısını almaq məqsədilə BNA daxil olacaq marşrut xətləri üçün qrafiklər işlənib hazırlayıb.

Eləcə də bax: Bakı yeni metro stansiyası tikilir - FOTOLAR
Eləcə də bax: Bakıda taksi rəqabəti qızışır - ARAŞDIRMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272