NƏQLİYYAT

Astaradan İrana yeni dəmir yolu açılacaq – FOTO
21 SENTYABR
237

Astaradan İrana yeni dəmir yolu açılacaq – FOTO

2016-09-21 14:37:00
Astara stansiyasından İranla dövlət sərhəddinə qədər birxətli, 8,3 km uzunluğunda yeni dəmir yolunun çəkilişi davam edir. 
Bu barədə Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verilib. 
Məlumata görə, bu işlərə sentyabrın başlanılıb və artıq 5 km yol çəkilib.
 
Belə ki, Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilib. 27 tirdən 15-nin betonu tökülüb, hazırda qalanlarının karkası yığılır. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
 
Xatırladaq ki, aprelin 20-də Azərbaycan-İran sərhəddində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, birxətli yeni dəmir yolu üçün torpaq yatağının hazırlanmasına başlanıb. Bu məqsədlə relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510 000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib.
 
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran  və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan həmin sazişə qoşulub.
 
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq.
 
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272