NƏQLİYYAT

Bakı-Sumqayıt yolu bağlanacaq
16 SENTYABR
1793

Bakı-Sumqayıt yolu bağlanacaq

2016-09-16 17:09:00

Bakı-Sumqayıt yolunun 12-ci km-də “Xırdalan qəbirstanlığı”nın yanından yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. "Azəravtoyol" ASC-dən fins.az-a verilən xəbərə görə, sabah saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi bağlanacaq. 

Sentyabrın 18-də saat 07:00-dan isə həmin yolun  Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanacaq. Məhdudiyyət avqustun 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə ki, Sumqayıt istiqamətindən gələn avtonəqliyyat vasitələri 16.5-ci km-dən ( “Vaz dairəsi” ) və ya 13-cü km-dən (Masazır yol ötürücüsü) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də “Xırdalan dairə”nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275