NƏQLİYYAT

60 saylı marşrut sahibindən alındı-RƏSMİ AÇIQLAMA
16 SENTYABR
569

60 saylı marşrut sahibindən alındı-RƏSMİ AÇIQLAMA

2016-09-16 14:45:00
Bakının Nizami rayonu ərazisində xidmət göstərən 60 saylı marşrutun sahibi dəyişib. Bakı Nəqliyyat Agentliyindən fins.az-a verilən xəbərə görə, Agentliyin baş direktorunun sərəncamı ilə daşıyıcı fiziki şəxs ilə bağlanmış "60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə"yə xitam verilib. 
 
Bildirilib ki, həmin daşıyıcı bu il sentyabrın 14-dən 60 saylı  marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb. Sərəncama əsasən, həmin marşrut üzrə sərnişindaşımanın təşkili müvəqqəti olaraq digər daşıyıcı fiziki şəxsə həvalə olunub və onunla müvafiq müqavilə bağlanılıb.
 
Marşrutun sahibindən alınmasına  sentyabrın 6-da 60 nömrəli marşrut üzrə istismar olunan 10 TF 297 dövlət qeydiyyat nişanlı, “Midibus-saz” markalı avtobusun qəza törətməsi səbəb olub. BNA-dan bildiriblər ki, qəza nəticəsində bir neçə sərnişinin sağlamlığına zərər dəyib. 
"İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxs ilə bağlanan müqavilənin müddətinin bitdiyi aşkarlanıb. Bundan başqa,Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın tələbləri də kobud şəkildə pozulub. Qəzaya düşən avtobus istismara yararsız və texniki cəhətdən nasaz olmasına baxmayaraq reysə buraxılıb". 
 
Məhz bu səbəblər nəzərə alınmaqla BNA 60 saylı marşrutun sahibi xidmətdən kənarlaşdırılırb . 
 
BNA-dan onu da qeyd ediblər ki, b elə hallarla bağlı daşıyıcı şirkətlərə xabərdarlıq edilib: 
"Lazimi maddi texniki bazanın olmaması icitmai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir. Mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar edilib. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə adıçəkilən daşıyıcı ilə bağlanan müqaviləyə xitam verilib".
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272