NƏQLİYYAT

"MilliÖN"də "BakıKart"ları yükləmək olmur - SƏBƏB AÇIQLANDI
14 SENTYABR
549

"MilliÖN"də "BakıKart"ları yükləmək olmur - SƏBƏB AÇIQLANDI

2016-09-14 17:44:00

"Komtec" şirkəti ("MilliÖN" ödəniş sisteminin operatoru) terminallarında son vaxtlar "BakıKart"ın alınması və balansın doldurulması zamanı yaranan problemlərə aydınlıq gətirib.

Şirkətin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət vasitələri qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva məsələ ilə bağlı bildirib ki, "MilliÖN" terminallarından "Bakı Kart"ın alınması zamanı hazırda həm şirkət, həm də "BakuBus" daşıyıcı şirkət tərəfindən təkmilləşdirmə işləri aparılır.

"Kartı alarkən texniki çətinliklər yarana bilər. Hazırda zəruri təkmilləşdirmə işləri aparılır və yaxın zamanlarda problemlər aradan qaldırılacaq. Bu, texniki, yəni həll olunan problemlərdir. Əgər problem baş verirsə, sərnişinlər Müştəri Xidmətlərinə müraciət edə bilərlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur, hər zaman müştərilərimizə yardım etməyə hazırıq", - deyə Ü.Əfəndiyeva qeyd edib.

"BakıKart"ların balansının doldurulması ilə bağlı yaranan çətinliyə gəlincə isə Ü.Əfəndiyev əlavə edib ki, sentyabrın əvvəlindən "BakuBus" şirkətinin yeni marşrut xətləri istifadəyə verilib ki, bu da yeni kart istifadəçilərinin yaranmasına gətirib çıxarıb: "Kartın balansının doldurulması əksəriyyət üçün yenilikdir. Yeni sərnişinlərlə yanaşı, hətta əvvəlki sərnişinlər də kartın balansını artırarkən bir qədər diqqətli olmalıdırlar ki, problem yaranmasın. "MilliÖN"ün terminallarında "BakıKart" üçün ödəniş etmək qaydalarına dair təlimatlar qeyd edilib. Bundan başqa, Müştəri Xidmətlərimiz daim kömək etməyə hazırdır. Sadəcə, onların həlli üçün müəyyən vaxt lazımdır. Müştərilər isə həmin vaxtı gözləmək istəmirlər".

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275