NƏQLİYYAT

Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq
14 SENTYABR
357

Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq

2016-09-14 17:05:00

Yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə beynəlxalq avtobus reysləri yerinə yetiriləcək. 

Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib. 

"Bakıdan Kiyev (Ukrayna), Bakuriani və Borjomi (Gürcüstan) şəhərlərinə avtobus səfərləri həyata keçiriləcək. Hazırda qeyd edilən istiqamətlərə birbaşa səfərlərin təşkil edilməsi məqsədilə danışıqlar aparılır. Tezliklə daha ətraflı məlumat yayımlayacağıq", - deyə Ş.Mehmanqızı bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272