NƏQLİYYAT

Bakıda daha bir küçə təmir olunur - FOTOLAR
09 SENTYABR
393

Bakıda daha bir küçə təmir olunur - FOTOLAR

2016-09-09 10:33:00
«Azəravtoyol»” ASC Bakıda uzun müddətdir ki təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan Xətai rayonu Cavanşir küçəsində təmir işlərinə başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, küçənin uzunluğu 1300 metr, ortalama eni isə 12.5 metrdir.
 
Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb.
 
Hazırda küçə boyu 2500 paqon-metr köhnə səki daşının yenilənməsi, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində işlər aparılır. Bundan başqa yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilir.
 
Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 18 min m2 sahənin asfaltlanması nəzərdə tutulub.
 
Təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun xətlənməsi istiqamətində addımlar atılacaq.
 
«Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır» - deyə şirkətdən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275