NƏQLİYYAT

"20 yanvar"dakı yol açıldı
08 SENTYABR
587

"20 yanvar"dakı yol açıldı

2016-09-08 15:00:00
Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri başa çatıb. 
"Azətavtoyol" ASC-dən fins.az-a verilən  xəbərə görə,  artıq həmin ərazidə məhdudlaşdırma aradan qaldırılıb və yollar açılıb. 
Qeyd edək ki, yolun genişləndirilməsində məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. 
 
Bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib.  
Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qalxacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270