NƏQLİYYAT

Bakı taksilərində videomüşahidə sistemi – YENİLİK
08 SENTYABR
727

Bakı taksilərində videomüşahidə sistemi – YENİLİK

2016-09-08 10:27:00

Bakı taksilərində videomüşahidə sistemini tətbiq etməyə başlayıb. Fins.az-ın məlumatına görə, ilk dəfə bu yeniliyə tətbiq edən OK TAXI  taksi sifarişi xidməti olub. Şirkətin satış və marketinq üzrə meneceri Korkmaz Akyüzün sözlərinə görə, yenilik AVTODAYƏ layihəsi çərçivəsində həyata keçirilir.

Belə ki, videomüşahidə sisteminin tətbiqi valideynlərə imkan verəcək ki, öz övladlarını, OK TAXI-nin taksilərində istənilən yerə çatdırılması zamanı  bir dəqiqə belə nəzarətsiz qoymasınlar. Layihənin mahiyyəti ondadır ki, daşınma zamanı avtomobildən müştərinin mobil telefon və ya kompüter vasitəsilə  real vaxt rejimində izləyə biləcəyi onlayn translyasiya aparılır.

Yeni xidmətin  testləşdirilməsi sentyabrın 15-ə qədər davam edəcək və yeni dərs ilinin başlanması ilə hamı pulsuz olaraq *3003-ə zəng etməklə AVTODAYƏ xidmətindən istifadə edə biləcək .

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272