NƏQLİYYAT

Cavid Qurbanov: Vaqonların icarəsinə 7 milyon dollar ödəyirdik
07 SENTYABR
587

Cavid Qurbanov: Vaqonların icarəsinə 7 milyon dollar ödəyirdik

2016-09-07 16:52:00
"Azərbaycan Dəmir Yolları" QSC yeni yük qatarlarının alınmasına ehtiyac görmür.
 
Fins.az "Trend"ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib: "Hazırda bizim təqribən 6-7 min vaqonumuz var, onlar ölkə daxilində yük daşımalarını təmin edir. İldə təqribən 25 milyon ton yük daşımaq imkanımız var. Əvvəllər kifayət qədər vaqonumuz yox idi və biz onların icarəsinə görə digər ölkələrə ildə 7 milyon dollar ödəyirdik. Lakin indi vəziyyət dəyişib və artıq başqaları bizim vaqonları icarəyə götürür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275