NƏQLİYYAT

Daha bir dövlət qurumu xaricdən kredit axtarışındadır
07 SENTYABR
393

Daha bir dövlət qurumu xaricdən kredit axtarışındadır

2016-09-07 14:47:00
"Azərbaycan Dəmir Yolları" QSC xaricdən kredit cəlb etmək niyyətindədir.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
 
C. Qurbanov bildirib ki, cəlb olunan kredit QSC tərəfindən həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönələcək.
 
"Əgər 20-25 illik müddətə və aşağı faiz dərəcələri ilə kredit cəlb edə bilsək, pis olmaz. Sadəcə danışıqlar aparıb, onları cəlb etmək lazımdır", - deyə C. Qurbanov qeyd edib.
 
C. Qurbanov əlavə edib ki, ölkə daxilində həyata keçirilən təmir işləri QSC-nin əldə etdiyi gəlir hesabına aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272