NƏQLİYYAT

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv edildi
06 SENTYABR
478

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv edildi

2016-09-06 09:18:00

Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda dəyişiklik edib.

Bu Qaydalar dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.

İndiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Nəqliyyat Nazirliyinin icazəsi ilə yol verilib.  Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti ləğv edilərək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə verilib.  Xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yol və yolətrafı reklamlar dəmir yol nəqliyyatının normal fəaliyyətinə maneə yaratmamalı, görməni pisləşdirməməlidir. Reklamların yerləşdirilməsi hərəkətin təhlükəsizliyinə ziyan vurmamalı, “Reklam haqqında” qanunun ilə nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275