NƏQLİYYAT

Bu prospektdə keçid yol bağlıdır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
02 SENTYABR
450

Bu prospektdə keçid yol bağlıdır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

2016-09-02 17:16:00

Təmir-tikinti işləri ilə əlaqədar olaraq Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb.

“Azəravtoyol” ASC-dən Fins.az-a verilən məlumata görə, sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271