NƏQLİYYAT

Quba-Xınalıq yolunda körpü qəzalı vəziyyətə düşüb
02 SENTYABR
237

Quba-Xınalıq yolunda körpü qəzalı vəziyyətə düşüb

2016-09-02 10:21:00

Ötən gün axşam saatlarında Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib. 

Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti dayanıb. Ətrafdakı 7 kəndlə əlaqə kəsilib.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Yusif Abidovun verdiyi məlumata görə, güclü sel rayonun digər kəndlərində də fəsadlar törədib. Qonaqkənd, Cimi, Utuq kəndlərində evləri su basıb. Bəzi kəndlərdə işıq dirəklərini su aparıb və elektrik enerjisinin verilişində problemlər yaranıb.

Dəyən ziyanının araşdırılması və aradan qaldırılması üçün işlər davam etdirilir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275