NƏQLİYYAT

"Azəravtoyol" yerüstü piyada keçidlərinə zərər vurmamağı xahiş etdi
01 SENTYABR
436

"Azəravtoyol" yerüstü piyada keçidlərinə zərər vurmamağı xahiş etdi

2016-09-01 19:08:00


Bakı şəhərinin Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib. "Azəravtoyol" ASC-dən verilən xəbərə görə, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb.

Ətrafda yaşayan sakinlərin və mütamadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşlaın pilləkən hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı ASC-yə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.

Bundan başqa, təmir işləri zamanı bəzi insanlar tərəfindən yerüstü piyada keçidlərinin tavanında dağıdılan xüsusi plastik üzlüklər də yeniləri ilə əvəzlənib.

"Azəravtoyol" vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. Bu cür halların yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək", - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275