NƏQLİYYAT

Azərbaycan asfalt qarışıqları üçün ABŞ-dan yağ alır
01 SENTYABR
385

Azərbaycan asfalt qarışıqları üçün ABŞ-dan yağ alır

2016-09-01 10:32:00

Azərbaycan iyun ayında ABŞ-dan asfalt qarışıqları üçün yeni partiya yağ alıb. Fins.az ABŞ höküməti yanında Enerji İnformasiyaları İdarəsinin (EIA) saytına istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycan ABŞ-dan 1 min barrel “asfalt və yol yağı” (asphalt & road oil) alıb.

İlk partiya Azərbaycan tərəfindən 2016-cı ilin yanvarında 1 000 barrel həcmdə əldə edilib. 2015-ci il ərzində də alış həcmi 1 000 barrel olub.

2014-cü ildə Azərbaycan ABŞ-dan bu yağlardan 4 min barrel, 2012-ci ildə isə 1 000 barrel alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272