NƏQLİYYAT

Kart sisteminə keçən marşrutlar artacaq
01 SENTYABR
312

Kart sisteminə keçən marşrutlar artacaq

2016-09-01 10:06:00

Yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən fins.az-a verilən xəbərə görə, ilkin mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib.

Artıq bu gündən 18, 61, 65, 79, 85, 96 saylı marşrutlarda gediş haqqı kartla ödəniləcək. Agentlikdən bildiriblər ki, kart sisteminə keçid prosesi digər marşrutlarda da davam etdiriləcək.

"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyduğu tələbə uyğun olaraq artıq bu gündən etibarən daha 6 marşrut xətti üzrə hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək".

Xatırladaq ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272