NƏQLİYYAT

Çin qatarlarından yeni sürət rekordu
31 AVQUST
643

Çin qatarlarından yeni sürət rekordu

2016-08-31 11:34:00

Çinin sürət qatarları yeni sürət rekordu müəyyən etməyə hazırlaşırlar. Pekin-Şenyan marşrutu üzrə hərəkət edəcək yeni və müasir qatarların test yoxlamaları zamanı sürət həddi saatda 486.1 km-dan çox olub. Bu nəticə daha öncə Pekin – Şanxay dəmir yolu xəttində qeydə alınan rekord idi.

Pekindən Şenyana qədər yeni və müasir dəmir yolunun tikintisi başa çatdıqdan sonra bu xətt üzrə qatarların hərəkət sürəti saatda 600 km-ə çata biləcək. Bu dəmiryolu xəttində Çinin eksperimental qatarı - CIT500-dən istifadə olunacaq.

709 km. Uzunluğunda Pekin-Şenyan yüksək sürətli dəmir yolu xətti Pekindən tikilməyə başlayıb. Yol Hebey əyalətindən keçərək, Şenyana (Laonin əyaləti) çatacaq.

Yüksək sürətli dəmir yolu xəttinin 2019-cu ildə istifadəyə veriləcəyi nəzərdə tutulub. Bundan sonra sərnişinlər Pekindən Şenyana cəmi 2.5 saata çata biləcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272