NƏQLİYYAT

Bu şirkət fəaliyyətini dayandırdı – AÇIQLAMA
31 AVQUST
729

Bu şirkət fəaliyyətini dayandırdı – AÇIQLAMA

2016-08-31 10:38:00

"Salyan-Sərnişin" ASC-nin fəaliyyətinə xitam verilib. Vergilər Nazirliyindən fins.az-a verilən xəbərə görə, bununla bağlı oktyabrın 12-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda ASC-nin fəaliyyətinə xitam verilməsi, bununla bağlı olaraq ləğvetmə Komissiyasının yaradılması və ona səlahiyyətlər verilməsi əsas müzakirə mövzusu olacaq. Yığıncaqda digər məsələlərin də müzakirəsi gözlənilir.

Qeyd edək ki, səhmdarların ümumi yığıncağında bütün səhmdarların iştirakı vacibdir. Yığıncaq Salyan şəhəri, Məşhədi Əzizbəyov küçəsi,3 ünvanında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272