NƏQLİYYAT

“Uber”in itkiləri açıqlanıb
30 AVQUST
582

“Uber”in itkiləri açıqlanıb

2016-08-30 14:33:00

“Uber” şirkəti 2016-cı təqvim ilinin birinci yarısı ilə bağlı maliyyə hesabatını açıqlayıb. Ötən dövr şirkət üçün böyük itkilərlə yekunlaşıb.
 
Keçən müddət ərzində şirkətin maddi itkiləri 1,27 milyard dollardan artıq olub. Yarım milyard dolları şirkət birinci rübdə, daha 720 milyon dolları isə ikinci rübdə itirib.
 
Bununla belə, son rüb ərzində şirkətin gəliri 3,3 milyard dollardan 5 milyard dollara qədər artıb. Şirkətin dövriyyəsi itkiləri qədər artır. 

“Uber” gəlirlərinin 80 faizini sürücülərə ödəyir. Qalan 20 faizi isə zərərdən çıxmağa imkan vermir. Bu səbəblə şirkət bəzi şəhərlərdə göstərdiyi xidmətlərə görə minimal tarifləri artırıb.
 
Xatırladaq ki, bir neçə ay öncə “Uber” özünün Çin bölməsini “Didi Chuxing” şirkətinə satıb. Səbəb şirkətin bu bazarda rəqabətə dözməməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274