NƏQLİYYAT

“Silk Way" yeni "Boing" aldı
29 AVQUST
436

“Silk Way" yeni "Boing" aldı

2016-08-29 17:06:00

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way Airlines” şirkəti daha bir yeni “Boeing 747-8F” təyyarəsi alıb.

Şirkətin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, bu “Silk Way Airlines” tərəfindən istismar olunacaq artıq səkkizinci “Boeing” tipli və dördüncü “Boeing 747-8F” təyyarəsidir. Yeni təyyarə aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Məlumatda qeyd olunub k, Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dakkaya yeni reyslərin açılması planlaşdırılır.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük nəqliyyat qovşağına çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı, uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271