NƏQLİYYAT

Ölkəyə avtobus gətirilməsi 15 dəfə azalıb
26 AVQUST
215

Ölkəyə avtobus gətirilməsi 15 dəfə azalıb

2016-08-26 11:46:00

2016-cı ilin birinci yarısında Azərbaycana ümumilikdə $2 mln. 970,1 min dəyərində avtobus idxal edilib, bu isə 2015-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 49,8 dəfə azdır. Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə cəmi 39 ədəd avtobus (azalma 15,1 dəfə) idxal olunub.

Bundan başqa, cari ilin birinci yarısında Azərbaycana $4 mln. 959,3 min dəyərində (azalma 68,2%) 252 ədəd yük avtomobili (azalma 77,6 dəfə) idxal edilib.

2016-cı ilin yanvar-iyun aylarında ölkəyə 2,222 min ədəd minik avtomobili idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,9% azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272