NƏQLİYYAT

Bakı-Şamaxı-Yevlax avtomobil yolu 6 zolaqlı olacaq
26 AVQUST
415

Bakı-Şamaxı-Yevlax avtomobil yolu 6 zolaqlı olacaq

2016-08-26 11:25:00

Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1.85 km-lik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29.5 m, yolun hərəkət hissəsinin eni 15 və 24 m, hərəkət zolaqlarının eni 3.75 və 4.5 m, ayrıcı zolağın eni isə 1 m təşkil edəcək.

Fins.az bildiri ki, piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1.5 m enində səkilər, həmçinin Müşviq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 m enində kollektor yolların inşası, Müşviq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinindrenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci km-lik ( 76 km )hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik ( 16 km ) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275