NƏQLİYYAT

Yol təmirdən sonra yenidən açıldı
25 AVQUST
288

Yol təmirdən sonra yenidən açıldı

2016-08-25 16:02:00

Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsi təmir olunub. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.  Uzunluğu 700 metr, eni isə 9 metr olan bu hissə yenidən nəqliyyat vasitələrinin istifadəsinə verilib. 

Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Sözügedən hissədə yeni yeraltı su və qaz xətləri çəkilib, digər mövcud xətlər isə bərpa olunub. Bundan başqa cəmiyyət tərəfindən səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi də yaradılıb. Bütün bu işlər isə öz növbəsində gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənib.  Ümumilikdə küçənin təqribən 6300 m2 ərazisi asfaltlanıb. 

Küçə boyu 1400 paqon-metr köhnə səki daşı yenisi ilə əvəz olunub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları da yenilənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275