NƏQLİYYAT

Diqqət: Film çəkilişlərinə görə yollarda məhdudiyyət
25 AVQUST
470

Diqqət: Film çəkilişlərinə görə yollarda məhdudiyyət

2016-08-25 14:24:00

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb. 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentlik bununla əlaqədar əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq. 

Avqustun 25-i və 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272