NƏQLİYYAT

Alabaşlı – Gəncə mənzilində 7 km yol əsaslı təmir olunur
24 AVQUST
248

Alabaşlı – Gəncə mənzilində 7 km yol əsaslı təmir olunur

2016-08-24 09:15:00

Bu gün Bakı-Böyük Kəsik istiqamətində Alabaşlı – Gəncə mənzilində 7 km yolun əsaslı təmirinə start verilib. 

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, təmir işləri bir həftə  davam edəcək. 

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. 

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 145 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272