NƏQLİYYAT

Daha 6 marşrutda kartla ödəniş olacaq – AÇIQLAMA
22 AVQUST
1196

Daha 6 marşrutda kartla ödəniş olacaq – AÇIQLAMA

2016-08-22 11:55:00

Yaxın vaxtlarda 18, 61, 65, 79, 85, 96 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçid təmin ediləcək. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən fins.az-a verilən xəbərə görə, indi kart sistemi tətbiq ediləcək marsurt avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır.

Xatırladaq ki, indiyədək Bakıda 1,2,3,5,6,7,8,13,14 saylı marşurt xətlərindəki avtobuslarda, eləcə də metronun "28 may" stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən Ekspress avtobusda kart ödəniş sistemi tətbiq edilir.

Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə vahid ödəmə kartlarına keçidin təmin edilməsi priaritetdir.

"Vahid ödəmə kart sisteminə keçid icitmai nəqliyyatda mövcud olan bir sıra problemlərin birdəfəlik həllinə imkan verəcək. Belə ki, kart sisteminə keçid daşıyıcı sirkətlərin sürücülərə aylıq əmək haqqı verməsinə səbəb olacaq ki, bu da sürücüləri gündəlik plan ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa tutumundan dəfələrlə artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb olurdu".

Yeni sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq. Bu, eyni zamanda sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. "Nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq".

Agentlikdən bildirilib ki, sistemin önəmli olan digər bir tərəfi sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275