NƏQLİYYAT

Zəyəmçay üzərindəki körpünün bərpasına pul ayrıldı- SƏRƏNCAM
18 AVQUST
255

Zəyəmçay üzərindəki körpünün bərpasına pul ayrıldı- SƏRƏNCAM

2016-08-18 18:03:00

 

Bu ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb. Fins.az xəbər verir ki, Prezident İlham Əliyev həmin körpünün bərpasına 2 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam verib. 

Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan ayrılan vəsait "Azəravtoyol" ASC-nin hesabına köçürüləcək.  

Qeyd edək ki, Zəyəmçay üzərindəki körpü Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə yoldur. Beynəlxalq yük və sərnişin daşımalarında xüsusi əhəmiyyətə malik olan yolun bərpası üçün nəzərdə tutulan maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272