NƏQLİYYAT

Aeroporta dəmiryolu çəkiləcək - YENİLİK
13 AVQUST
1233

Aeroporta dəmiryolu çəkiləcək - YENİLİK

2016-08-13 21:58:00

Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmiryolu xəttinin çəkilməsi planlaşdırılir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "ASAN radio"ya müsahibəsində məlumat verib.  

Bildirib ki, Bakı kəndlərinə surət qatarlarının açılması məsələsi gündəmdədir: “Bakı kəndlərinə sürət qatarlarının işləməsi ilə bağlı məsələlər diqqətdədir. Bununla bağlı məsələlər araşdırılır. İstəyirik ki, aeroporta da qatarlar işləsin. İndi bu yolun layihəsi ilə məşğuluq".

QSC sədri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qurulması istiqamətində işlərin əksər hissəsinin yekunlaşdığını bildirib: 

"Əgər hər hansı fors-major hadisə baş verməzsə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlər ilkin mərhələdə ilin sonuna kimi yekunlaşacaq. İndi orda 8,3 km-lik torpaq yatağı qurtarıb. Təqribən 530 min kubmetr torpağın 450 min kubmetri daşınıb. Yol yatağının salınması da bitmək üzrədir. Körpünün 4 dayağı tam hazırdır. İlin sonuna kimi bu yolun İrana keçən hissəsini təhvil verəcəyik."

QSC rəhbəri deyib ki, dəmir yolunda orta aylıq əmək haqqı 30%-ə qədər artırılıb: 

“Əvvəl orta aylıq əmək haqqı 263 manat idi, amma indi onu biz 342 manata qədər qaldırmışıq. Ötən illərdə daşınmalardan gələn vəsaitlə yeni texnologiyalar tətbiq edilməyib. Bu gün dəmir yolunda çalışan işçilərin sayı təqribən yarıbayarı çoxdur. Onların hamısını ixtisara salmaq iqtisadi baxımdan düzgün deyil. Amma zaman-zaman yeni texnologiyaların gətirilməsi imkan yaradacaq ki, biz ixtisaslı kadrlarla daha çox işləyək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275