NƏQLİYYAT

Velosipedçilər yol istəyir-AÇIQLAMA
13 AVQUST
157

Velosipedçilər yol istəyir-AÇIQLAMA

2016-08-13 12:24:00

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVIF) "Bizə yol verin!" aksiyasına başlayıb. AzVİF-in mətbuat xidmətinin rəhbəri bildirib ki, onlar bir çox ölkələrin şəhərlərində olduğu kimi Bakı yollarında da velosipedçilər üçün ayrıca cığırların salınmasını istəyirlər. Artıq bu məqsədlə müvafiq dövlət qurumlarına da müraciət edilib. 

"Məlumat üçün bildirim ki, Bakı Şəhər İcra Hakimiyyətinə 3 il öncə rəsmi məktubla da müraciət olunub. Amma heç bir fayda yoxdur. Heç cavab da verməyiblər".

Federasiya Azərbaycanda velosiped istehsalı zavodu açılmasından sonra dövlət qurumlarıdan bu məsələyə bir daha baxılmasını xahiş edir:

"Azərbaycanda velosipeddən ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi istifadə son illər ərzində xeyli artıb. Bu günlərdə İsmayıllı rayonunda velosiped zavodunun açılması və dövlət başçısı cənab İlham Əliyevin mərasimdə iştirak etməklə belə bir zavodun açılmasını yüksək qiymətləndirməsi ölkəmizdə velosipeddən istifadənin daha da genişlənəcəyinə bir işarədir. Amma, təəssüf ki, velosipedin nəqliyyat vasitəsi kimi inkişafını əngəlləyən əsas maneə lazımi infrastrukturun, yəni velosiped yollarının olmamasıdır".

Federasiya rəsmisi Bakı Şəhər İcra Hakimiyyətinə və "Azəravtoyol" ASC-yə müraciət edərək həm yeni salınacaq, həm də şəraiti imkan verən yollarda velosipedçilər üçün də çığırların salınmasını xahiş edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275